Bakıda yeni yaradılan polis şöbələrinə rəis təyinatları olub


Digərləri 19 Mar 2018 15:16:00 266 0

Bakıda yeni yaradılan polis şöbələrinə rəis təyinatları olub

Bakıda yeni yaradılan polis şöbələrinin bəzilərinə rəis təyinatları olub.

Son.az report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) polis polkovnik-leytenantı Elşən Tağıyev, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Samir Həsənov, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Zaur Əliyev, Nizami Rayon RPİ-nin 25-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Elmir Hüseynov və Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə polis mayoru Elnur Əliyev rəis təyin ediliblər.