Yeni Kaledoniya müstəqillik haqqında referendumu payızda keçirəcək


Dünya 19 Mar 2018 14:52:13 226 0

Yeni Kaledoniya müstəqillik haqqında referendumu payızda keçirəcək

Müstəqillik müdafiə, ədliyyə və valyuta istisna olmaqla bir sıra sahələrə nəzarətin tədricən yerli hökumətə keçməsini nəzərdə tutur

Yeni Kaledoniya Konqresində Fransadan müstəqillik haqqında referendumun bu il noyabrın 4-də keçirilməsi səs çoxluğu ilə təsdiqlənib. 

Bu barədə "Report" "İnterfaksa" istinadən xəbər verir.

Referendumun lehinə 38, əleyhinə 14 deputat səs verib, 2 nəfər bitərəf qalıb.

Referendum 1998-ci ilin Numea sazişi çərçivəsində təşkil olunacaq. Müstəqillik müdafiə, təhlükəsizlik, ədliyyə və valyuta ilə bağlı sahələr istisna olmaqla bir sıra sahələrə nəzarətin tədricən yerli hökumətə keçməsini nəzərdə tutur.

Yeni Kaledoniya – Fransanın Sakit Okeanda yerləşən xarici ərazisidir. 1998-ci ildə arxipelaqda müstəqillik haqqında referendum keçirilib. Həmin vaxtlar yerli sakinlər siyasətçilərin təşəbbüsünü dəstəkləməyiblər.