Küveytli ekspertlər Azərbaycanın turizm imkanları barədə məlumatlandırılıb (FOTO)


Digərləri 19 Mar 2018 14:41:00 248 0

Küveytli ekspertlər Azərbaycanın turizm imkanları barədə məlumatlandırılıb (FOTO)

Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Ərəb Turizm Təşkilatının elektron turizm üzrə ekspertləri, küveytli bloqqerlər Həsən Əl-Kəndəri və Xalid Əl-Vəsmi ilə görüşüb.

Bakı. Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Ərəb Turizm Təşkilatının elektron turizm üzrə ekspertləri, küveytli bloqqerlər Həsən Əl-Kəndəri və Xalid Əl-Vəsmi ilə görüşüb. Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Xalid Əl-Vəsmi hazırladığı “Azərbaycanın interaktiv turizm xəritəsi 2018” adlı banneri səfirliyə təqdim edib. Küveytli ekspertlər Azərbaycanın interaktiv xəritəsinin ölkənin ən mühüm turizm məkanlarını, ticarət mərkəzlərini, kafe və restoranları özündə əks etdirdiyini deyiblər. Xəritə barkod, mobil telefon kamerası və yaxud snəpçat proqramı vasitəsilə açıla bilər.