Boks yığmamız Vilnüsdə beynəlxalq turnirdə iştirak edəcək


Digərləri 19 Mar 2018 14:48:35 218 0

Boks yığmamız Vilnüsdə beynəlxalq turnirdə iştirak edəcək

Martın 20-də Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir start götürəcək.

Bakı. Martın 20-də Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir start götürəcək. 13-cü dəfə keçiriləcək yarışa Azərbaycan millisi də qatılacaq. Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, komandamızın baş məşqçisi Vaqif Şirinov martın 25-dək davam edəcək turnirdə Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Məhəmməd Yusifov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədova (+91 kq) şans verəcək. Yarış Avropa birinciliyinə hazırlıq məqsədi daşıyır.