Henderson: "Suarez və Salahı özünəninam birləşdirir"


İdman 19 Mar 2018 14:28:00 248 0

Henderson: "Suarez və Salahı özünəninam birləşdirir"

"Liverpool"un kapitanı Cordan Henderson komandanın keçmiş və indiki bombardirləri - Luis Suarez və Məhəmməd Salah barədə danışıb. Goal.az xəbər verir ki, ingilis yarımmüdafiəçi bunları deyib:

"Hər ikisi fantastik futbolçudur, onları müqayisə etmək olmaz. Salah və Luis Suarezin qollar vurub meydanda çox işlədiyini bilirəm. Amma onları müqayisə etmək çətindir. Luis "Barcelona"da parlaq oyun göstərir. Birlikdə çıxış etdiyim ən yaxşı futbolçulardan biridir. Məhəmməd son mövsümdə inanılmazdır. Hər həftə fərqlənir. Suarez və Salahı özünəninam birləşdirir. Meydana çıxıb onlardan birini yanında görəndə çox qol imkanı qazanacağını bilirsən. Buna görə yaxşı müdafiə olunmaq lazımdır. Hər şey yaxşı olacaq".