"Azerbaijan Golden Kids Awards 2018" mükafatlandırma mərasimi baş tutacaq


Digərləri 19 Mar 2018 14:06:00 268 0

"Azerbaijan Golden Kids Awards 2018" mükafatlandırma mərasimi baş tutacaq

Azərbaycanda ilk dəfə bu il 1 İyun uşaqların beynəlxalq müdafiəsi günü, "Azerbaijan Golden Kids Awards 2018" uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi baş tutacaq.

Son.az-ın məlumatına görə, Azərbaycan Cümhuriyyətinin 100-cü il yubileyi münasibəti ilə ilk dəfə reallaşacaq böyük layihədə 3 yaşdan 15 yaşadək uşaqlar iştirak edə bilərlər. Bu günədək müxtəlif kreativ uşaq layihələrini reallaşdıran təşkilatçılar aşağıdakı nominasiyalar üzrə qalibləri mükafatlandıracaqlar:

Ən yaxşı rəssam Ən yaxşı vokal ifaçı Ən yaxşı pop ifaçı Ən yaxşı pop qrup Ən yaxşı model Ən yaxşı pianoçu Ən yaxşı skripka ifaçısı Ən yaxşı xor Ən yaxşı rəqqas Ən yaxşı rəqs ansamblı Ən yaxşı aktyor Ən yaxşı aparıcı Ən yaxşı şahmatçı Ən yaxşı idmançı Ən yaxşı gimnast

Layihə rəhbəri qeyd edib ki, gizli ekspertlər tərəfindən seçilən üç (3) nominantın tanıtım posterləri sosial şəbəkələrdə və mediada aprel və may ayları ərzində yayılacaq.


Xəbərə aid fotolar