Bilik Fondu Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı silsilə tədbirlər keçirir


Digərləri 19 Mar 2018 14:02:00 213 0

Bilik Fondu Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı silsilə tədbirlər keçirir

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncamların tələblərindən irəli gələrək, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlərini davam etdirir.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncamların tələblərindən irəli gələrək, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlərini davam etdirir. Fonddan Trend-ə verilən məlumata görə, Prezident yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Peşə Tədris Mərkəzində AMEA-nın Fəlsəfə institutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mətanət Şəkixanovanın “Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər” mövzusunda mühazirəsi keçirilib. Mərkəzin direktoru Zaur Muradov tədbiri giriş sözü ilə açaraq, gənclərin peşə seçiminə diqqətlə yanaşmalarının vacibliyini bildirib, peşəkar kadrların hazırlanmasında nəzəriyyə və təcrübənin birgə tətbiqinin təsirlərindən söz açıb və Bilik Fondunun bu istiqmətdə maarifləndirici tədbirlərinə dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb. Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova bu il may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün qeyd olunduğunu və 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb. X.Hüseynova bildirib ki, 100 il öncə yaradılan respublikada demokratik prinsiplər əsas götürülüb, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub. Tədbirdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva təmsil etdiyi qurumun bu ilin mahiyyətinə uyğun olaraq müəllifi olduğu layihələrdən danışıb.