Rusiyanın Azərbaycandakı səfirliyində səsvermənin nəticələri açıqlanıb


Siyasət 19 Mar 2018 13:48:20 302 0

Rusiyanın Azərbaycandakı səfirliyində səsvermənin nəticələri açıqlanıb

Vətəndaşların əksəriyyəti Vladimir Putinə səs veriblər

Rusiyanın Azərbaycandakı səfirliyində açılan seçki məntəqəsində prezident seçkilərində 1517 Rusiya vətəndaşı iştirak edib. 

Bu barədə "Report" səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir.

Diplomatik missiyadan bildirilib ki, seçki mütəşəkkil keçirilib və heç bir şikayət daxil olmayıb.

Səsvermənin yekunlarına dair bu nəticələr qeydə alınıb: Vladimir Putin - 1252 səs (83,3%), Pavel Qrudinin - 119 səs (7,92%), Vladimir Jirinovski - 35 səs (2,33%), Kseniya Sobçak - 57 səs (3,79%), Qriqori Yavlinski - 17 səs (1,13%), Boris Titov - 11 səs (0,73%), Maksim Suraykin - 7 səs (0,47%), Sergey Baburin - 5  səs (0,33%).

Səfirlik seçkilərin təşkilində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə minnətdarlıq edib.