Kovaçiç: "Məni məvacibim maraqlandırmır"


İdman 19 Mar 2018 13:51:00 263 0

Kovaçiç: "Məni məvacibim maraqlandırmır"

"Real"ın yarımmüdafiəçisi Mateo Kovaçiç PSG-nin forvardı Neymarın transferi məsələsinə toxunub. Goal.az xəbər verir ki, xorvatiyalı havbek komandasının hazırki heyətindən razı olduğunu deyib.

"Şübhəsiz ki, Neymar əla oyunçudur. Amma bizim indiki heyətimiz xoşuma gəlir. Komandanın vacib qollarını vuran Ronaldonun Neymardan az məvacib alması normaldır? Bilmirəm. Məni məvacibim maraqlandırmır, məni komandam maraqlandırır. Ödənişin artırılması şəxsi məsələdir".