Dəmir yolu ilə Qazaxıstandan Azərbaycana gətirilən taxıl güzəştli tariflə daşınacaq


İqtisadiyyat 19 Mar 2018 13:31:43 259 0

Dəmir yolu ilə Qazaxıstandan Azərbaycana gətirilən taxıl güzəştli tariflə daşınacaq

Bununla bağlı qərarı “Rusiya Dəmir Yolları” qəbul edib

“Rusiya Dəmir Yolları” ASC Qazaxıstandan Azərbaycana dəmir yolu ilə gətirilən taxılın 45% güzəştli tariflə daşınmasına qərar verib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumatda deyilir ki, martın 1-dən başlayaraq bu ilin sonuna qədər Qazaxıstandan Rusiya ilə sərhədə (Kiqaş), oradan isə Azərbaycanla sərhədə (Samur) qədər taxıl daşımalarında 0,55 indeksi tətbiq olunacaq.