İraqın şimalındakı kürd muxtariyyətində Novruz bayramı tədbirləri ləğv olunub
Dünya 19 Mar 2018 13:35:18 260 0
Afrinin mərkəzinin terrorçulardan təmizlənməsi ilə əlaqədar Süleymaniyyədə üçgünlük yas elan edilib
İraqın şimalındakı kürd muxtariyyətində Novruz bayramı tədbirləri ləğv edilib.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə bölgənin ən böyük əyalətlərindən biri sayılan Süleymaniyyənin valisi Hafal Əbu Bakrın yazılı açıqlamasında bildirilib.
“Afrində baş verən hadisələrlə əlaqədar Süleymaniyyədə üçgünlük yas elan edilib. Novruz bayramı ilə bağlı bütün tədbirlər ləğv olunub”, - açıqlamada qeyd edilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun yanvarın 20-dən davam edən “Zeytun budağı” antiterror əməliyyatı nəticəsində martın 18-də Afrin şəhərinin mərkəzi terrorçulardan təmizləndiyi açıqlanıb.
Mənbə: report.az