"Fiorentina" məhrum kapitanın adını məşq bazasına verəcək


İdman 19 Mar 2018 13:37:00 285 0

"Fiorentina" məhrum kapitanın adını məşq bazasına verəcək

"Fiorentina" klubu məşq bazasına martın 4-ü vəfat edən Davide Astorinin adını verəcək. Goal.az xəbər verir ki, bunu Florensiya təmsilçisinin prezidenti Mario Konyini deyib.

Astori 31 yaşında dünyasını dəyişib. O, ürək döyüntülərinin aritmiyasından əziyyət çəkirdi. Onun dəfni martın 8-i Santa-Kroçedə keçirilmişdi. Daha sonra klub mərhum kapitanın daşıdığı 13 nömrəli formanı əbədiləşdirmişdi.