Depay: "Lyon"da qalmaqla dünyanın ən yaxşısı ola bilmərəm"


İdman 19 Mar 2018 13:19:00 254 0

Depay: "Lyon"da qalmaqla dünyanın ən yaxşısı ola bilmərəm"

"Lyon"un hücumçusu Memfis Depay yayda klubunu dəyişmək barədə düşünə bilər. Goal.az xəbər verir ki, hollandiyalı futbolçu gələcək planları haqqında bunları deyib:

"Dünyada ən yaxşı olmaq, böyük komandalar və futbolçularla birlikdə oynamaq istəyirəm. Bunun üçün mənə nə çatışmır? Düzü, komanda oyununu uyğunluğu. Bu, təkəbbürlük deyil. "Lyon"da qalmaqla dünyanın ən yaxşısı ola bilmərəm. Lakazett inkişaf etmək üçün burdan "Arsenal"a getdi. Bəzən mən risk edirəm. Məqsədim ən yaxşı futbolçu olmaqdırsa, sadə oynaya bilmərəm".

Bu mövsüm Fransa çempionatında 28 oyuna çıxan Depay 10 qol vurub.