Bakının bu hissəsində avtomobillərin hərəkətində dəyişiklik edildi


Digərləri 19 Mar 2018 12:57:00 287 0

Bakının bu hissəsində avtomobillərin hərəkətində dəyişiklik edildi

Bakının Nobel prospektində tıxacın aradan qaldırılması üçün avtomobillərin hərəkətində dəyişiklik edilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, artıq həmin ərazidə bununla bağlı tədbirlərə start verilib və yolda yoxlanış aparılır: "Nobel prospektindən Ukrayna dairəsinə getmək üçün yardımçı yoldan sola dönüş var idi. Bu da sürücülərin yolu gözləməməsindən tıxaclara səbəb olurdu. Bunun qarşısını almaq üçün həmin ərazidən geriyə dönmə ləğv edilib və qarşıdakı yoldan dönməyə şərait yaradılıb. Əvvəlki yerdən isə geridönmə ləğv edilib".