IDEA uşaqlar üçün ekoloji laboratoriya mart təlimi keçirib FOTO


Digərləri 19 Mar 2018 12:40:00 323 0

IDEA uşaqlar üçün ekoloji laboratoriya  mart təlimi keçirib  FOTO

Martın 17-də IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində IDEA Resurs Mərkəzində növbəti laboratoriya təlimi keçirilib.

Son.az xəbər verir ki, birlikdən Trend-ə verilən məlumata görə, baharın gəlişi və Novruz bayramı ərəfəsində təşkil olunmuş təlimin mövzusu BMT-nin 15-ci Dayanıqlı İnkişaf Məqsədi olan torpaq ekosisteminin mühafizəsinə, həmçinin təbiətin oyanması, bitkilərin çiçək açması, heyvanlar aləmində müşahidə olunan canlanma və yaz fəslinə xas olan digər təbiət hadisələrinə həsr olunub.

Təlim zamanı uşaqlara canlı təbiətdə meşələr və onların rolu, meşələrin məhvi və ağacların kəsilməsinin təbiətə mənfi təsirləri, yerüstü ekosistemlərin qorunması, bərpa edilərək istifadəsi yolları izah edilib.

"Kiçik ekoloqlar", plastik butulkalardan quşyuvaları hazırlamış, bitki toxumlarının düzgün əkilməsi ilə bağlı, həmçinin Novruz ənənələrini əks etdirən bir sıra eksperimentlərdə iştirak ediblər. "Eko laboratoriya"nın iştirakçılarına BMT-nin Dayanıqlı inkişaf Məqsədlərini daha sadə və əyləncəli yolla izah etmək, daha rahat qavramalarına kömək etmək üçün xüsusi rəngləmə vərəqləri paylanıb.