Abşeronda marşrut avtobusu qadını vuraraq öldürdü


Digərləri 19 Mar 2018 12:35:00 242 0

Abşeronda marşrut avtobusu qadını vuraraq öldürdü

Abşeronda sərnişin avtobusu qəza törədib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nübar qəsəbəsində qeydə alınıb.

Aslan Mehralıyev idarə etdiyi 114 saylı xətt avtobusu ilə yolu keçən piyada, 1958-ci il təvəllüdlü Bibixanım Kərimovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.