"Lazio" azarkeşləri videotəkrarlara etiraz edir


İdman 19 Mar 2018 12:22:00 227 0

"Lazio" azarkeşləri videotəkrarlara etiraz edir

Futbolda yeni texnologiyaların inteqrasiyası sürətlə getdiyi bir vaxtda bir qrup "Lazio" azarkeşləri başqa cür düşünür. Goal.az xəbər verir ki, Roma klubunun bəzi azarkeşləri İtaliya Futbol Federasiyasının inzibati binası qarşısında videotəkrarlar sisteminin (VAR) tətbiqinə etiraz ediblər. Aksiya "Lazio" - "Bologna" (1:1) matçının başlanmasına qədər davam edib. Fanatlar oyunun ilk 15 dəqiqəsini də boykot ediblər.