Terrorçulardan azad edilən Afrində DƏHŞƏTLİ PARTLAYIŞ


Dünya 19 Mar 2018 11:58:00 249 0

Terrorçulardan azad edilən Afrində DƏHŞƏTLİ PARTLAYIŞ

"Zeytun budağı" hərəkatı çərçivəsində terror rtəşkilatı YPG/PKK-dan təmizlənən Afrinin mərkəzindəki 4 mərtəbəli binada partlayış baş verib.

Son.az Haberler-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 7 dinc sakin 4 Azad Suriya Ordusu hərbçisi olmaqla 11 nəfər həlak olub.

Qeyd edilir ki, ASO hərbçiləri dünən axşam saatlarında Ahmed Şahavi Məhəlləsindəki binada axtarış apardıqları zaman terrorçuların qurduğu bomba işə düşüb.

Patlayışın təsiri hava işıqlananda ortaya çıxıb. Partlayışın baş verdiyi ərazidə 4 metr dərinliyində çuxur əmələ gəlib və bir neçə binanın yarasız hala gəkdiyi deyilir.