Gürcüstandan Azərbaycana avtomobil idxalı artıb


Digərləri 19 Mar 2018 11:40:00 240 0

Gürcüstandan Azərbaycana avtomobil idxalı artıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 16 mln. 116.0 min dollar dəyərində 876 ədəd avtomobil idxal edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Stastika İdarəsinin məlumatında deyilir.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 754 ədəd və ya 7,18 dəfə çoxdur. Məbləğ baxımından isə 12 mln. 963,1 min dollar və ya 5,11 dəfə çoxdur.