Ronaldo 50-ci dəfə


İdman 19 Mar 2018 11:46:00 376 0

Ronaldo 50-ci dəfə

“Real”ın superulduzu Kriştianu Ronaldo 2018-ci ildə qollarını sıralayır.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, ardıcıl 8-ci matçda da fərqlənən portuqaliyalı superulduz bu il meydana çıxdığı 13 görüşdə 21 dəfə rəqib qapıçılarını məyus edib.

La Liqanın XXIX turunda “Girona” üzərində qələbənin (6:3) memarı olan Ronaldo pokerlə yadda qalıb. 33 yaşlı futbolçu 11, 47 və 64-cü dəqiqələrdəki qollardan sonra karyerası ərzində 50-ci dəfə het-trikə imza atıb. O, “Real”da 44, Portuqaliya millisində 5, “Manchester United”də isə 1 dəfə oyunda 3 və daha çox qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldo La Liqada qollarının sayını 22-yə çatdırıb və bombardirlər yarışına başçılıq edən Lionel Messidən 3 top geri qalır.