Autizm mərkəzində Novruz şənliyi keçirildi


Digərləri 19 Mar 2018 11:36:00 301 0

Autizm mərkəzində Novruz şənliyi keçirildi

"RİFAH GOLD" Autizm Psixoloji Reabilitasiya Nitq inkişafı mərkəzinin müəllim və şagird heyəti xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə tədbir keçirmişdir.

Son.az-ın məlumatlna görə  bu tədbirin keçirilməsində əsas məqsəd təkcə Novruz bayramı ilə əlaqədar deyil, həm də xüsusi qayğıya ehtiyacı olan uşaqrlardan sevgini əsirgəməməyi nümunə göstərməkdir.

Tədbir Mərkəzin "Dünyada autizm var" himni ilə başladı. Mərkəzin direktoru Vüsalə İbrahimova qonaqları salamladı və mərkəzə yaxından dəstək olan və zəhməti çəkən əməkdaşlara təşəkkürünü bildirdi və onların diplom və təşəkkürnamə ilə qitmətləndirildiyini qeyd etdi. Daha sonra müəllim və şagird heyətinin hazırladıqları, zehni inkişafın və fiziki hərəkətlərin toplusu olan maraqlı bir çıxışla tədbirə rəngarənglik qatıldı. Tədbir birlik və bərabərlik rəmzi olan "Yallı" ilə gələn qonaqlar ilə bərabər sona çatdı. Rəsmi hissə bitdikdən sonra qonaqlar, mərkəzin müəllim və şagird heyəti bayram süfrəsində dəvət olundu.


Xəbərə aid fotolar