Cocuq Mərcanlıda sosial aksiya keçirilib


Digərləri 19 Mar 2018 11:23:06 228 0

Cocuq Mərcanlıda sosial aksiya keçirilib

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial aksiya keçirilib.

Bakı. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial aksiya keçirilib. ASC-dən Trend-ə verilən məlumata görə, Novruz bayramı münasibətilə təşkil edilən aksiyada Səhmdar Cəmiyyətin əməkdaşları iştirak ediblər. Əvvəlcə, Horadiz şəhərində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə əklil və gül dəstələri düzülüb. Əməkdaşlara aprel döyüşlərinin gedişatı, Azərbaycan Ordusunun möhtəşəm qələbəsi, Lələtəpə yüksəkliyinin strateji əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Daha sonra Səhmdar Cəmiyyətin əməkdaşları Cocuq Mərcanlı kəndində sakinlərlə görüşüblər. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov əhalinin kənddə rahat yaşaması üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən danışıb. Səhmdar Cəmiyyətin departament müdiri Abbas Hacıyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərbi əməliyyat nəticəsində azad edilən kənd Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində abadlaşdırılıb, əhalinin rəvan həyatı təmin edilib. “Cocuq Mərcanlının yenidən bərpası Azərbaycan dövlətinin iqtisadi və hərbi qüdrətinin nəticəsidir. İşğal edilmiş torpaqlarımızın azadlıq rəmzinə çevrilmiş bu kənd yaxın gələcəkdə Şuşaya, Xankəndinə gedən əsas yolun başlanğıcı olacaq”,-deyə natiq qeyd edib.