Bilik Fondu “Şərq dünyasında Novruz” adlı tədbir keçirib


Digərləri 19 Mar 2018 11:26:13 223 0

Bilik Fondu “Şərq dünyasında Novruz” adlı tədbir keçirib

Prezident yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Fondun Yasamal rayonu üzrə nümayəndəsi Firəngiz Həsənovanın rəhbərlik etdiyi 53 nömrəli tam orta məktəbdə “Şərq dünyasında Novruz” adlı tədbir keçiriblər.

Bakı. Prezident yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Fondun Yasamal rayonu üzrə nümayəndəsi Firəngiz Həsənovanın rəhbərlik etdiyi 53 nömrəli tam orta məktəbdə “Şərq dünyasında Novruz” adlı tədbir keçiriblər. Fonddan Trend-ə verilən məlumata görə, təcrübəçi tələbələr Şəms Balabəyova, Ülkər Nuri, Ləman Quliyeva hazırladıqları təqdimatda məktəblilərə qədim Novruz adətləri, Novruz bayramının tarixi və ritualları, Şərq ölkələrində baharın gəlişi ilə bağlı milli bayramlar barədə geniş məlumat veriblər. Fəal şagirdlərə Bilik Fondu adından kitablar hədiyyə edilib. Təcrübəçi tələbələr Bilik Fondunun Nəsimi rayonu üzrə nümayəndəsi Sevinc Budaqovanın rəhbərlik etdiyi 46 nömrəli tam orta məktəbdə keçirilən Novruz şənliyində də hazırladıqları təqdimatla çıxış ediblər. Tədbirdə Amerika Yəhudiləri Yardım Təşkilatının sədr müavini Rav Zamir İsayev, məktəbin direktoru Sevinc Budaqova çıxış edərək bildiriblər ki, minilliklərlə yaşı olmasına baxmayaraq, Novruz bayramının ənənələri bu gün də araşdırılır, öyrənilir və gələcək nəsillərə ötürülür.