"Nar"dan sosial mediada "Novruz çarxı" kampaniyası


Digərləri 19 Mar 2018 11:00:00 247 0

"Nar"dan sosial mediada "Novruz çarxı" kampaniyası

"Nar" operatoru Novruz bayramında daha bir kampaniyaya start verir. Mobil operatorun Facebook səhifəsində keçirilən kampaniyada iştirak edərək çarxda bəxtlərinə düşən bonusların skrinşotunu müvafiq postun şərhlərində bölüşən "Nar" istifadəçiləri bayramdan sonra paylaşdıqları bonusları qazanacaqlar.

Bonus növləri aşağıdakı kimidir: 50 MB internet trafiki, 50 şəbəkədaxili danışıq dəqiqəsi, bütün istiqamətlərə 50 SMS. Qeyd edək ki, bonuslar hər abunəçiyə yalnız bir dəfə - əvvəl qazandığı və ilk bölüşdüyü bonusun növünə uyğun şəkildə təqdim ediləcək. Mart ayının 27-dən etibarən təqdim ediləcək bonuslardan istifadə müddəti 30 gündür. Əlavə məlumat "Nar"-ın sosial media səhifələrində təqdim ediləcək.

"Nar" tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az internet səhifəsində və mobil operatorun sosial media səhifələrində öyrənmək olar.