Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib - YENİLƏNİB


Siyasət 19 Mar 2018 10:49:00 222 0

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıblar

"Report"un xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər.

Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.

Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıblar.

Dövlət başçısı və xanımı “Novruz” yarmarkası ilə tanış olublar.

*** 10:09

Bakı. 19 mart.