“Nar”dan sosial mediada “Novruz çarxı” kampaniyası


Digərləri 19 Mar 2018 10:44:00 273 0

“Nar”dan sosial mediada “Novruz çarxı” kampaniyası

“Nar” operatoru Novruz bayramında daha bir kampaniyaya start verir.

Bakı. “Nar” operatoru Novruz bayramında daha bir kampaniyaya start verir. Trend-in məlumatına görə, mobil operatorun Facebook səhifəsində keçirilən kampaniyada iştirak edərək çarxda bəxtlərinə düşən bonusların skrinşotunu müvafiq postun şərhlərində bölüşən “Nar” istifadəçiləri bayramdan sonra paylaşdıqları bonusları qazanacaqlar. Bonus növləri aşağıdakı kimidir: 50 MB internet trafiki, 50 şəbəkədaxili danışıq dəqiqəsi, bütün istiqamətlərə 50 SMS. Qeyd edək ki, bonuslar hər abunəçiyə yalnız bir dəfə – əvvəl qazandığı və ilk bölüşdüyü bonusun növünə uyğun şəkildə təqdim ediləcək. Mart ayının 27-dən etibarən təqdim ediləcək bonuslardan istifadə müddəti 30 gündür. Əlavə məlumat “Nar”ın sosial media səhifələrində təqdim ediləcək.