XII Qış Paralimpiya Oyunlarının qalibi müəyyənləşdi


İdman 19 Mar 2018 10:13:00 317 0

XII Qış Paralimpiya Oyunlarının qalibi müəyyənləşdi

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XII Qış Paralimpiya Oyunlarında bütün növlər üzrə mübarizəyə yekun vurulub.

Goal.az-ın məlumatına görə, ümumi komanda hesabında birinci yeri ABŞ tutub. Amerikalılar 13 qızıl, 15 gümüş, 8 bürünc medal qazanıblar. Neytral statusla çıxış edən Rusiya 8 qızıl, 10 və 6 bürünc medalla ikinci, Kanada 8 qızıl, 4 gümüş və 16 bürünc medalla üçüncü olub.

Bu gün Bakı vaxtı ilə saat 15:00-da Oyunların Bağlanış Mərasimi keçiriləcək.