Bank of Bakudan Bolkartlılara “Novruz Xonçası” kampaniyası!


Digərləri 19 Mar 2018 09:53:00 412 0

Bank of Bakudan Bolkartlılara “Novruz Xonçası” kampaniyası!

Novruz Bayramı ərəfəsində Bank of Baku Bolkart sahibi müştərilərinə özəl silsilə kampaniyalara start verir.

"Novruz Xonçası" adı altında elan edilən 3 fərqli kampaniya Bolkart sahiblərinə Bayramı daha gözəl və xoş keçirmələrinə imkan yaradacaq.

Kampaniya 1. Bolkartla alış-veriş et, 300 AZN-ə 30 AZN cash-back qazan!

15 - 25 mart 2018-ci il tarixlərini əhatə edən kampaniya çərçivəsində Bolkart kredit kart sahibləri nağdsız formada istənilən mağazada 300 AZN və daha çox məbləğdə etdikləri alış-verişə görə 30 AZN həcmində cash-back qazanacaqlar.

Kampaniya 2. Bolkartla xaricdə alış-veriş et, 2 qat BONUS qazan!

Bank of Baku, bayramı xaricdə keçirən müştərilərini də unutmadı. 25 mart 2018-ci il tarixinə kimi Bolkart kredit və ya Bolkart debet kartı ilə xaricdə alış-veriş edən hər kəs 2 qat BAL qazanacaq.

Qeyd edək ki, kart balansında toplanan BAL-lardan istifadə edərək pulsuz alış-veriş etmək mümkündür. Belə ki, 1 BAL = 1 AZN kimi qiymətləndirilir. Kart balansında 100 BAL varsa, kart sahibi 100 AZN dəyərində alış-veriş edə bilər. 

Kampaniya 3. Bolkartla 80 AZN və daha çox məbləğdə alış-veriş edənlərə +2 ay HƏDİYYƏ!

"Novruz xonçası"nın üçüncü kampaniyası "80 AZN və daha çox məbləğdə alış-veriş edənlərə +2 ay HƏDİYYƏ!" şüarı altında həyata keçirilir.


Xəbərə aid fotolar