Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə


İdman 19 Mar 2018 09:43:00 297 0

Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

Almaniyanın paytaxtı İddiaçılar Turnirində şahmatçılar ilk dövrənin son turunun qarşılaşmalarına çıxıb.

Goal.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov VII tura təsadüf edən görüşdə qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla qarşılaşıb. Qarşılaşma 16-cı gedişdə sülhə yekunlaşıb. Beləliklə, Məmmədyarov turnirdə 5-ci heç-heçə ilə məğlubiyyətsizliyini davam etdirib. Onun aktivində 2 qələbə də var.

Qrişuk isə ilk 6 turda yeganə qələbəsini II turda ABŞ təmsilçisi Uesli So üzərində qazanıb. O, yeganə məğlubiyyətini ilk turda həmyerlisi Vladimir Kramnikdən alıb. Son 4 turda isə 35 yaşlı qrossmeyster yalnız heç-heçələr edib.

7 turdan sonra Fabiano Karuana 5 xalla 1-ci pillədə qərarlaşıb. Məmmədyarov isə 4.5 xalla ikincidir. Qrişuk, Lijen və Kramnik hərəyə 3.5 xalla 3 - 5-ci yerləri bölüşür. Karyakin 3 xalla 6-cı, Aronyanla So isə hərəyə 2,5 xalla 7 - 8-ci yerdədir.