Karateçilərimiz Hollandiyada keçirilən turnirdə bürünc medal qazanıb


Digərləri 19 Mar 2018 09:13:29 214 0

Karateçilərimiz Hollandiyada keçirilən turnirdə bürünc medal qazanıb

Karate üzrə Azərbaycan milli komandasının üç üzvü martın 16-18-də Hollandiyada keçirilən "Karate-1" Premyer Liqa turnirində bürünc medal qazanıb.

Bakı. Karate üzrə Azərbaycan milli komandasının üç üzvü martın 16-18-də Hollandiyada keçirilən "Karate-1" Premyer Liqa turnirində bürünc medal qazanıb. Azərbaycan Mill Karate Federasiyasından Trend-ə verilən məlumata görə, turnirin yarımfinal mərhələsində türkiyəli güclü rəqibi ilə mübarizədə qələbəni əldən verən Firdovsi Fərzəliyev (60 kq) təsəlliverici görüşünü keçirib. Digər idmançımız, sonuncu "Dubay" Premyer Liqa turnirinin qalibi Rafael Ağayev (75 kq) isə iki rəqibini məğlub edərək bürünc medal uğrunda son döyüşünə çıxıb. Səksən dörd kiloqram dərəcəsində yarışan Ayxan Mamayev də yarımfinal mərhələsində məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. Bürünc mükafatlar uğrunda həlledici görüşlərdə karateçilərimizdən Firdovsi Fərzəliyev qazaxıstanlı idmançı Kaysar Alpısbaya 1:0, Rafael Ağayev Xorvatiya təmsilçisi Enes Qariboviçə 5:0, Ayxan Mamayev isə iranlı Purşab Zabiollaha 5:2 hesabı ilə qalib gələrək turnirdə üçüncü olub.