“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 19 Mar 2018 09:08:30 209 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Dünya birjalarında EUR/USD məzənnəsi keçən həftə ərzində 1.2260$-a kimi ucuzlaşıb və qiymət 1.2300$-ın altında qaldıqca, 1.2240$ və 1.2198$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avropa iqtisadiyyatı fonunda gözləntilər (“ZEW” indeksi) və cümə axşamı saat 13:00-da Avropanın xidmət və sənaye sektorları ilə bağlı biznes mühiti indeksi də investorlar tərəfindən böyük maraqla gözlənilir.