Bakıda yanğın: sakinlər təxliyə edildi


Digərləri 19 Mar 2018 08:55:00 189 0

Bakıda yanğın: sakinlər təxliyə edildi

Nizami rayonunda beşmərtəbəli binada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Binanın zirzəmisində olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.