Bakıda iki nəfəri avtomobil vurub, sürücü hadisə yerindən yayınıb


Kriminal 19 Mar 2018 08:26:00 309 0

Bakıda iki nəfəri avtomobil vurub, sürücü hadisə yerindən yayınıb

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında Nizami rayonunda qeydə alınıb.

8-ci kilometr qəsəbəsi bazarının qarşısından yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Qəhrəmanov Ramin Aydın oğlunu naməlum markalı avtomobil vurub. Yaralının verdiyi məlumta görə, sürücü hadisə yerindən qaçıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.