Türkiyəli diplomat: "Azərbaycanın yüksək seçki təcrübəsi var"


Siyasət 19 Mar 2018 08:07:00 229 0

Türkiyəli diplomat: "Azərbaycanın yüksək seçki təcrübəsi var"

Prezident seçkilərində Azərbaycan xalqının doğru seçim edəcəyinə inanırıq. Son.az bildirir ki, bu fikri sechki-2018.az saytına açıqlamasında London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü, türkiyəli diplomat Onur Öymen deyib.

Azərbaycanın demokratiya yolunda irəlilədiyini bildirən O. Öymen deyib: "Azərbaycanda seçkilərin demokratik və ədalətli keçirilməsi üçün sağlam mühit var. Azərbaycan seçkilərin yüksək səviyyədə, beynəlxalq standartlara uyğun keçirilməsi üçün əlindən gələni edir. Ölkənin təkmilləşdirilmiş seçki qanunvericiliyi formalaşdırılıb. İnanırıq ki, Azərbaycanda prezident seçkiləri demokratik prinsiplərə uyğun keçiriləcək. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan dövlətinin iradəsi ortadadır".

Türkiyəli diplomat Azərbaycanın seçki təcrübəsinin də yüksək olduğunu vurğulayıb.