QuraniKərimdə İmam Zaman ağaya axar su işarəsi


Digərləri 18 Mar 2018 23:50:00 374 0

QuraniKərimdə İmam Zaman ağaya axar su işarəsi

Qurani-Kərim buyurur: "De: "Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!"". ("Mulk" 30).

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) bu ayə haqqında buyurur: "Bu ayə Həzrət Qaim (ə.f) haqqında nazil olmuşdur".

Buyurur: "Əgər İmamınız qaib olsa və bilməsəniz ki, o, haradadır, kim sizin üçün zahiri imam gətirəcəkdir ki, yerin, göyün, Allahın halal və haramının xəbərlərini sizə versin?".

Sonra buyurur: "Allaha and olsun ki, bu ayənin təfsiri hələ gəlməmişdir, çarəsiz gələcəkdir".

Bəli, bu ayədə suyun təfsiri Həzrət Qaimin (ə.f) müqəddəs varlığına işarə edir. İmamın (ə.f) cəmiyyətdəki rolu - suyun bəşər üçün rolu kimidir.