Valideynlərimiz üçün bu cür dua edək


Digərləri 18 Mar 2018 23:55:00 245 0

Valideynlərimiz üçün bu cür dua edək

Valideyn haqqı o qədər mühüm mövzulardandır ki, Məsumlarımız (ə) ona xüsusi əhəmiyyət verir və həmişə valideynə hörmət etməyə və yaxşılıq etməyə dəvət edirlər. Çünki əgər onlar olmasaydı, biz də olmazdıq. Allahdan sonra hörmət etməli və ehtiramlarını saxlamalı olduğumuz insanlar - valideynlərimizdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, xüsusilə də o zaman ki, artıq qocalmış və bədən güclərini əldən vermişdilər. Onlara yaxşılıq etmək - Allaha yaxşılıq etməkdir. Çünki, bütün insanlar Allahın ailəsidir. Bundan əlavə, bizi dünyaya gətirib böyüyənə qədər əziyyətimizi çəkən və bizim yolumuzda bir çox istək və ləzzətlərindən keçən insanlardırlar.

İmam Səccadın (ə) valideynlərlə bağlı çox gözəl bir duası vardır ki, yaxşı olardı ki, biz hamımız bu duaya qoşulaq və İmamla (ə) birlikdə biz də öz valideynlərimiz üçün dua edək.

İmam Səccad (ə) buyurur: اللّهُمّ اشْکُرْ لَهُمَا تَرْبِیَتِی، وَ أَثِبْهُمَا عَلَی تَکْرِمَتِی، وَ احْفَظْ لَهُمَا مَا حَفِظَاهُ مِنّی فِی صِغَرِی. اللّهُمّ وَ مَا مَسّهُمَا مِنّی مِنْ أَذًی، أَوْ خَلَصَ إِلَیْهِمَا عَنّی مِنْ مَکْرُوهٍ، أَوْ ضَاعَ قِبَلِی لَهُمَا مِنْ حَقٍّ فَاجْعَلْهُ حِطّةً لِذُنُوبِهِمَا، وَ عُلُوّاً فِی دَرَجَاتِهِمَا، وَ زِیَادَةً فِی حَسَنَاتِهِمَا، یَا مُبَدّلَ السّیّئَاتِ بِأَضْعَافِهَا مِنَ الْحَسَنَاتِ.