Bakıda bina uçdu, maşınlar xurdxəşil oldu FOTO


Digərləri 18 Mar 2018 23:43:00 311 0

Bakıda bina uçdu, maşınlar xurdxəşil oldu  FOTO

Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, 101 saylı binanın qarşısında yerləşən,əvvəllər Dövlət Neft Şirkətinə məxsus olmuş qəzalı yeməkxana binası uçub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, uçqun bu gün saat təxminən 13:00-da baş verib.

Şahidlərin bildirdiyinə görə, hadisə baş verən vaxt yaxınlıqda uşaqlar futbol oynasalar da, vaxtında qaçıb uzaqlaşa biliblər. Xoşbətlikdən xəsarət alan olmayıb, amma uçan binanın qarşısındakı avtomobillərə ciddi ziyan dəyib.

Sakinlər deyiblər ki, qəzalı binaya bitişik evdə yaşayan bir ailə təhlükəsizlik məqsədilə bu gün ərazidən başqa yerə köçürülüb.


Xəbərə aid fotolar