Bakı sərnişin stansiyasında Novruz şənliyi FOTO


Digərləri 18 Mar 2018 21:54:00 262 0

Bakı sərnişin stansiyasında Novruz şənliyi   FOTO

Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Ona görə də Novruz Bayramı günlərində - 20-27 mart 2018-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilib.

Martın 18-də Bakı sərnişin stansiyasında sərnişinlərin və dəvət olunmuş valideyn himayəsindən məhrum olan, daun sindromlu, hemofiliya, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Novruz şənliyi keçirilib.

Novruz şənliyinin təşkilində Referans Klinik Laboratoriya Mərkəzi və KFC restoranlar şəbəkəsinin kollektivləri yaxından iştirak ediblər.


Xəbərə aid fotolar