Alimlərin məqamı ucadır, yoxsa şəhidlərin?


Digərləri 18 Mar 2018 21:55:00 280 0

Alimlərin məqamı ucadır, yoxsa şəhidlərin?

Alimlərin məqamı ucadır, yoxsa şəhidlərin? Bu suala birbaşa cavab vermək çətindir.

Ancaq onu deyə bilərik ki, həm alimlərin özünəməxsus məqamları vardır, həm də şəhidlərin.

Şəhadət - kamalın ən pik nöqtəsidir. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Hər bir yaxşılıq və xeyirdən üstün daha üstün yaxşılıq vardır. (Bu nərdivanın pillələri o zamana qədər davam edir ki) insan Allah yolunda öldürülür və şəhid olur. O zaman ki, şəhadət həyata keçər və imzalanar - ondan üstün yaxşılıq məqamı yoxdur".

Son.az deyerler.org-a istinadən bildirir ki, Rəhmətlik İmam (r) buyurur: "Şəhidin məqamı o qədər mühümdür ki, bütün pərdələr aradan qalxar və (şəhid qəlb gözü ilə) mütləq kamalı görər. Çünki öz istəyi ilə maddi pərdələri qaldırmış, malını, canını, övladlarını, nəfsani istəklərini və özünün hər şeyini Allah yolunda vermişdir və bu məqamdan üstünü təsəvvür olunmur".