İlahi zikrin kəmiyyət və keyfiyyəti


Digərləri 18 Mar 2018 21:40:00 231 0

İlahi zikrin kəmiyyət və keyfiyyəti

Dil zikri ilə qəlbi zikrin bağlılığı

Qurani-Kərim və rəvayətlərdə açıqlanan məsələlərdən biri də zikrin kəmiyyət və keyfiyyətidir. Qurani-Kərimin bəzi ayələrndə zikrin çoxluğu və kəmiyyəti üzərində təkid edilir. Məsələn, "Əhzab" surəsinin 41-ci ayəsində buyurulur:

يا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللّهَ ذِكْراً كَثِيراً

"Ey iman gətirənlər! Allahı çox zikr edin!"

Bu ayədə təkid zikrin çoxluğu üzərindədir.

Son.az maide.az-a istinadən bildirir ki, bəzi rəvayətlərdə deyilir ki, hər şey üçün müəyyən hədd təyin edilmişdir, hətta namazın özünün də müəyyən həddi var: Həddi-buluğa yetmiş gəncə gün ərzində beş vaxt, on yeddi rükət namaz qılması vacib edilmişdir və müstəhəbdir ki, vacib namazların iki bərabəri qədər nafilə namazı qılsın, yaxud mübarək Ramazan ayında bir ay oruc tutsun və ya təklif yaşına çatmış hər bir müsəlmana maddi imkanı və qüdrəti olduğu surətdə, ömründə bir dəfə həcc ziyarətinə getməsi vacib edilmişdir. Lakin Allahı yad etməyin, ilahi zikrin həddi göstərilməyib. İnsan Allahı nə qədər çox ansa, nə qədər çox zikr etsə belə, yenə də azdır. Birinci dəstə ayə və rəvayətlərin müqabilində zikrin keyfiyyətinə işarə edən bir sıra ayə və rəvayətlər də mövcuddur. Buna "Bəqərə" surəsinin 200-cü ayəsini misal göstərə bilərik:

فَإِذا قَضَيْتُمْ مَناسِكَكُمْ فَاذْكُرُوا اللّهَ كَذِكْرِكُمْ اباءَكُمْ أَوْ أَشَدَّ ذِكْراً ...