Nardaran mayakı "Yol əhvalatı", Fransa istehsallı fənər FOTO


Digərləri 18 Mar 2018 21:31:00 373 0

Nardaran mayakı  "Yol əhvalatı", Fransa istehsallı fənər  FOTO

Əksəriyyətimiz məşhur "Yol əhvalatı"na baxmışıq və hələ də sevə-sevə seyr edirik. Amma bu filmdə bir çoxlarımızın bəlkə də əhəmiyyət vermədiyi və ya nəzərdən qaçırdığı bir epizod var.

Bu epizodda görünən ikimərtəbəli bina Abşeron yarımadasındakı üç mayakdan biri - Nardaran mayakıdır.

Mayakın binası Nardaran qəsəbəsində yüksək qayalıq ərazidə inşa olunub. Binanın daxilində, mayakın işığının quraşdırıldığı hissədə yerləşdirilmiş lövhədən aydın olur ki, mayakın fənəri 1882-ci ildə Parisdə "Barbier & Fenestre" şirkəti tərəfindən konstruksiya olunub. İki il sonra, yəni 1884-cü ildə isə fənər Bakıya gətirilərək bu binada quraşdırılıb.

Mayak əvvəllər konkret istiqamətə, 1983-cü ildə aparılan yenidənqurma işlərindən sonra isə dənizə dairəvi şəkildə işıq salmağa başlayıb.

Bu mayaka bəzi hallarda Amburan mayakı da deyirlər. Lakin maraqlıdır ki, Nardaran mayakı Amburanda (və ya köhnə Bilgəh burnu) deyil, Qalagah burnunda yerləşir. Bəzən də bu mayakın səhvən Mərdəkanda yerləşdiyini bildirirlər.


Xəbərə aid fotolar