YENİLİK: Nobel prospektində hərəkət dəyişir VİDEO


Digərləri 18 Mar 2018 21:09:00 362 0

YENİLİK: Nobel prospektində hərəkət dəyişir  VİDEO

Paytaxtda intensivliyin ən yüksək olduğu yollardan biri Nobel prospektidir. Nargilə dairəsi kimi tanınan hissədə bir neçə yol kəsişməsi və geriyədönmə var. Belə şəbəkə bəzən həmin hissədə sıxlıq yaradır. Xüsusilə geriyədönmə zamanı əksər sürücülər digər hissələrdə hərəkət edən avtomobillərin qarşısına çıxırlar. Problemi aradan qaldırmaq üçün yaxın günlərdə Nargilə dairəsindəki geriyədönmə müvəqqəti olaraq ləğv ediləcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Xətai rayonu Nobel prospektində xüsusilə Nargilə dairəsi kimi tanına ərazidə yol hərəkətinin təşkilində dəyişiklik olacaq. Belə ki, axşam saatlarında tıxac yaradan geriyə dönmə ilə bağlı yenilik edilir.

Sözügedən dairədəki yollardan biri sürücülərə həm ukrayna dairəsinə, həm də şəhərin mərkəzinə geriyə dönməni əmr edir. Amma hərəkətin intensiv olduğu saatlarda əksər sürücülər geriyədönmə işarəsinin tələblərini pozduğuna görə böyük sıxlıq yaranır.

Sürücülər geriyədönmənin Nargilə dairəsində ləğv edilməsinin tərəfdarıdırlar.


Xəbərə aid video