Nəfslə cihad zamanı insanın nəzərə almalı olduğu


Digərləri 18 Mar 2018 21:10:00 303 0

Nəfslə cihad zamanı insanın nəzərə almalı olduğu

Hədislərimizin və Quranın nəzərinə görə, nəfslə mübarizə aparmaq aşkarda düşmənlə mübarizə aparmaqdan daha çətin olduğu üçün əkbər cihad hesab olunur. Qurani-Kərimdə əkbər cihad etmək üçün üç tövsiyə və göstəriş irəli sürülür.

1. Nəfsi islah etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Ən üstün cihad - nəfslə cihaddır ki, iki böyrün arasında yerləşir".

Son.az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim bu haqda öz nəzərini belə bildirir: "Və kim (öz nəfsi, yaxud Allah düşməni ilə) cihad etsə, yalnız öz xeyrinə cihad etmişdir, çünki Allah aləmdəkilərin heç birinə möhtac deyil". ("Ənkəbut" 6).

Bu ayənin təfsirində bəyan olunur ki, söhbət əkbər cihaddan gedir, xüsusilə də ondan əvvəlki ayədə Liqallahdan söhbət açılmışdır. Liqallaha çatmağın tək yolu isə nəfslə cihaddır.

"Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək)yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir". ("Ənkəbut" 69).

Bu ayənin təfsirində isə bəyan olunur ki, cihad deyildikdə, məhz əkbər cihada - nəfslə cihada işarə edilmişdir.

Həzrət Peyğəmbər (s) buyurur: "Ən üstün cihad odur ki, insan öz nəfsi ilə cihad edər".

2. Ruhunu müalicə etmək. Hər bir insanda müəyyən əxlaqi xəstəliklər vardır ki, onları müalicə edib, aradan qaldırmaq lazımdır. Qurani-Kərim bir çox əxlaqi xəstəlikləri bizə tanıdır ki, bunlardan biri də nifaqdır.