Evimizi dizayn etdirmək bizə neçəyə başa gələr? VİDEO


Digərləri 18 Mar 2018 21:13:00 389 0

Evimizi dizayn etdirmək bizə neçəyə başa gələr?  VİDEO

İnsanların yaz gələndə mənzillərini təmir etdirməsi demək olar ki, ənənə halını alıb. Elə insanlar var ki, mənzillərinin təmir və dizaynlarını fərdi ustalara həvalə edirlər. Son zamanlar isə təmir dizayn sahəsində ixtisaslaşan şirkətlərə müraciət edənlərin sayı çoxalıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, mənzillərin təmir və dizaynını bu sahədə ixtisaslaşan şirkətlərə etibar edən insanların sayı çoxalıb. Təmir-dizayn işləri üzrə mütəxəssis Samir Umudov deyir ki, insanların bu baxımdan ixtisaslaşmış mərkəzlərə müraciət etməsinin səbəbi mənzillərinin təmirdən sonrakı vəziyyətini əvvəlcədən görə bilmək imkanıdır.

Müraciətdən sonra şirkət tərəfindən mənzilə baxış keçirilir. Otaqların hansı təyinatla istifadə ediləcəyi öyrənilir və ölçü işləri aparılır. Ölçmə işləri dizayna uyğun mebellərin seçilməsi üçün nəzərdə tutulub.

Samir Umudovun sözlərinə görə, əgər sifarişçi hansısa detalı bəyənməsə o zaman layihədə dəyişiklik etmək olar. Mütəxəssis deyir ki, nəzərdə tutulmuş dizayna sonradan hansısa dəyişiklik etmək tövsiyə edilmir. Çünki hər bir otaq öz ruhuna uyğun şəkildə dizayn edilir. Son dövlər müasir klassika üslubuna üstünlük verənlərin sayı artıb.


Xəbərə aid video