Özlərini dost kimi göstərən niqabli düşmənlər


Digərləri 18 Mar 2018 20:50:00 329 0

Özlərini dost kimi göstərən niqabli düşmənlər

İslam dinini qəbul edənlər üç qrupa bölünür

Qurani-Kərimin "Bəqərə" surəsinin başlanğıcında insanlar İslam dininin qəbulu ilə bağlı üç qrupa bölünürlər:

1. Təqvalılar; bu haqda söhbət beşinci ayədə yekunlaşır.

2. Təqvalılara qarşı duran kafirlər; bu haqda söhbət yeddinci ayədə bitir.

3. Zahirdə İslam dininə iman gətirən, batində isə kafirlər zümrəsindən sayılan münafiqlər və ikiüzlülər; bu haqda söhbət səkkizinci ayədən başlayıb iyirminci ayəyə qədər davam edir.

Son.az maide.az-a istinadən bildirir ki, burada münafiqlərə on üç ayənin həsr edilməsi onların kafirlərdən daha təhlükəli olduğuna əhəmiyyət verildiyini göstərir. Özlərini dost kimi göstərən niqablı düşmənlər yırtıcı canavarı xatırladır. Onlar arxadan zərbə endirən zahirdə dost, batində düşməndirlər; guya sirdaş və əmanətdar, həqiqətdə isə xain və casusdurlar. Belə tanınmaz düşmənlərdən qorunmaq olduqca çətin, bəzən də qeyri-mümkündür. Qurani-Kərimin bir çox surələrində onlardan söz açılır və hətta adlarını daşıyan ayrıca bir surə də ("Munafiqun" surəsi) vardır. İmam Əli (ə) İslam Peyğəmbərindən (s) bu zümrə barəsində belə nəql edir: "Mən ümmətim üçün mömin və müşrikdən qorxmuram. Çünki Allah mömini imanına görə (başqalarını yoldan azdırmaqdan) saxlayır (demək, ondan müsəlmanlara ziyan dəyməz), müşriki də şirkinə görə zəlil və xar edir. (Müsəlmanlar da şirkinə görə onun sözlərinə qulaq asmaz və dalınca düşməzlər.) Amma mən sizin üçün qəlbən ikiüzlü və dildə alim olan kimsədən (şəriət hökmlərini əzbər bilən riyakardan) qorxuram. O, zahirdə sizin bəyəndiyiniz şeyləri deyirsə, gizlində isə nalayiq hesab etdiyiniz işləri görür." ("Qurani-Kərimdə ibrətamiz məsəllər", Ayətullah əl-uzma Cəfər Sübhani, səh.21-dən nəqlən.)

Məsələn, Qurani-Kərimin "Bəqərə", "Ali-İmran", "Ənfal", "Tövbə", "Ənkəbut", "Əhzab", "Fəth", "Munafiqun", "Hədid" və "Təhrim" surələrində münafiqlərlə bağlı söz açılır və onların zahirdə gözəl, batində isə xəyanətkar olduqları tez-tez xəbərdarlıq edilir.

Qurani-Kərimin "Bəqərə" surəsinin 17-18-ci ayələrində verilən məsəl və təşbehlər münafiqlərin halını açıqlayır. Belə ki, hər tərəfə qaranlıq çökən və yırtıcı heyvanların qorxusundan insanın bütün vücudunu vəhşət bürüyən bir gecədə od yandırıb ətrafı işıqlandırmaq yolu tapmaq üçün nə qədər əhəmiyyətlidirsə, həmin anda şiddətli bir küləyin əsərək onu söndürməsi bir o qədər ümidüzücü və qüssəlidir. Qurani-Kərim münafiqləri eynilə belə vəziyyətə düşən şəxsə bənzədir və buyurur:

مَثَلُهُمْ كَمَثَلِ الَّذِی اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِی ظُلُمَاتٍ لَا یبْصِرُونَ