Ağac əkmək nə zaman sədəqə hesab olunur?
Digərləri 18 Mar 2018 20:55:00 285 0
Quranın nəzərinə görə ağac əkmək, abadlıq işləri görmək, təbiəti təmiz saxlamaq o əməllərdəndir ki, əcri vardır.
O müsəlman ki, ağac əkər və ya əkinçilik ilə məşğul olar, heyvanlar və ya insanlar ondan istifadə edərlərsə - o bitkilər sədəqə hesab olunar.
Son.az deyerler.org-a istinadən bildirir ki, ağac da Allahın nemətlərindən biridir. Bu nemət həm insanlara məhsul verər və həm də təbiəti gözəlləşdirib, Xaliqin qüdrətini nümayiş etdirər.
"İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər(və ya bağlar) vardır. Həmin bağlardan onlara ruzi olaraq bir meyvə verilən zaman deyərlər: "Bu, əvvəldən (dünyada) bizim ruzimiz olmuş şeydir". Və onların yanına bütün meyvələr (gözəllik və lətafət baxımından) bir-birinə oxşar gətirilər". ("Bəqərə" 25).
Mənbə: milli.az