Rusiyada prezident seçkiləri


Dünya 18 Mar 2018 20:33:00 240 0

Rusiyada prezident seçkiləri

Bu gün Rusiyada prezident seçkiləri keçirilir. 97 min 300-dən çox məntəqədə keçirilən seçkilərdə 109 milyona qədər seçicinin səs verməsi gözlənilir. Bakı vaxtı ilə 00:00 da Rusiyanın şərqində, Çukotka, Maqadan, Kamçatka və Saxalində başlayan seçkilər artıq yekunlaşıb, səslərin sayılmasına başlanılıb.  Son.az bildirir ki, APA-nın Moskva müxbiri paytaxtın bir neçə seçki məntəqəsində olub.

İlk olaraq müxbirz 3 saylı seçki məntəqəsində olub. Şəhərin mərkəzində, Hökumət Evinin yanında yerləşən bu seçki məntəqəsində fəallıq müşahidə olunub. Paytaxt sakinləri normal qaydada seçki hüquqlarından istifadə etdiklərini bildiriblər. Seçki məntəqəsində prezidentliyə namizədlərin təmsil olunduğu siyasi partiyaların nümayəndələri, beynəlxalq təşkilatlardan olan müşahidəçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri olublar.

3 saylı seçki məntəqəsinin sədri Vasiliy Fedetov saat 15:00-a qədər məntəqədə yüksək fəallığın müşahidə olunduğunu söyləyib. Onun sözlərinə görə, bu vaxta kimi 44 %-ə qədər seçici artıq seçki hüququndan istifadə edib. Bu şəhərin mərkəzində yerləşən seçki məntəqəsi üçün yüksək göstəricidir: "Bu onu göstərir ki, seçici fəallığı çox yüksəkdir".

Müxbirimiz daha sonra mərkəzdən kənarda yerləşən, əhalinin sıx yaşadığı Severnoe Çertanovo rayonunda yerləşən 2027 və 2032 saylı seçki məntəqələrində olub. Bu məntəqələrdə də seçicilərin aktivliyi müşahidə edilib. Seçki məntəqəsində müşahidə aparan siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri seçici fəallığını yüksək qiymətləndiriblər.

Bu ilki seçkilər ötən ildə keçirilən seçkilərdən bir sıra yenilikləri ilə fərqlənib. Rusiyanın seçki qanunvericiliyinə edilən yeniliyə görə, seçicilər yaşayış yerlərinə görə deyil, həm də seçki vaxtı olduqları yerdə səsvermə hüququna malik ola biliblər. Yəni, işi ilə əlaqədar yaşadığı yerdə olmayan seçici faktiki olduğu yerdə səsvermə hüququndan istifadə edə bilib. Hətta ilk dəfə olaraq Moskvanın Kazan vağzalında seçki məntəqəsi açılıb. Səfər edən rusiyalı seçicilər yolüstü öz səsvermə hüququndan istifadə edə biliblər.

Müxbir seçkilərdə iştirak edən Moskva sakinlərindən bir neçəsi ilə söhbət edib. Onlar seçicilər üçün normal şərait yaradıldığını, rahatlıqla konstitusion hüquqlarından istifadə etdiklərini söyləyiblər.


Xəbərə aid fotolar