Skripalın zəhərlənmə üsulu açıqlanıb


Dünya 18 Mar 2018 20:34:00 292 0

Skripalın zəhərlənmə üsulu açıqlanıb

Keçmiş rusiyalı casus Sergey Skripal avtomobilin daxili kondisioner sistemindən zəhərləyiblər.

Son.az oxu.az-a istinadən bildirir ki, belə bir iddia ilə Britaniya xüsusi xidmət orqanları çıxış ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, Skripal və qızının olduğu BMW markalı  avtomobilin kondisioner sistemi vasitəsi ilə toz halında olan zəhərləyici maddə buraxılıb.

Britaniya hökuməti hesab edir ki, maddənin təsiri altına daha 30 nəfər düşüb.