Almaniyada islamofobik hərəkətlər


Dünya 18 Mar 2018 20:20:00 290 0

Almaniyada islamofobik hərəkətlər

2017-ci ildə Almaniyada məscidlərə və müsəlmanlara ən azı 950 dəfə hücum olunub.

Son.az maide.az-a istinadən bildirir ki, bu barədə "Neue Osnabruecker Zeitung" qəzeti təhlükəsizlik xidmətində mənbəyə istinadən  xəbər verir.   Məlumata əsasən, keçən il hücumlar nəticəsində 33 insan zərər görüb.   Hökumət orqanları tərəfindən aparılan araşdırmalar göstərir ki,  məscid və digər müsəlman təşkilatlarına qarşı 60-a yaxın təhqir və basqın, vandalizm halları və hücumlar təşkil edilib.   Demək olar ki, bütün hallarda cinayətkarların sağ ekstremistlər olduğu müəyyən edilib.   Həmçinin qəzetə müsahibəsi zamanı alman müsəlmanların birliyi rəhbəri Ayman Mazyek bildirib ki, statistika   real vəziyyəti əks etdirmir- çox vaxt ziyan çəkmiş müsəlmanlar  təhlükəsizlik orqanlarına müraciət etmirlər.   Xatırladaq ki, hal-hazırda Almaniyada 4,7 mln müsəlman yaşayır. Bu, ölkə əhalisinin təxmin 5%-ni təşkil edir.