Lənkəranlı Bakıda bıçaqlandı
Digərləri 18 Mar 2018 20:23:00 263 0
Taleh Baxşıyev dava zamanı ürək nahiyəsindən bıçaqlanıb
Bakıda 5 nəfərin iştirakı ilə kütləvi dava olub.
Son.az "Report"a istinadən bildirir ki, dava zamanı 1 nəfər bıçaqlanaraq qətlə yetirilib.
Məlumata görə, həmin şəxs Lənkəran rayon Boladi kənd sakini Taleh Şıxəli oğlu Baxşıyevdir. O, dava zamanı ürək nahiyəsindən bıçaqlanaraq, hadisə yerində ölüb. Davanın hansı səbəbdən baş verməsi və hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az